YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdüləziz bin Osman əl-Tuveycri: Bakı sülhün, inkişafın, mədəniyyətlərarası dialoqun mövcud olduğu məkandır

Bakı sülhün, inkişafın, mədəniyyətlərarası, dinlərarası dialoqun, müxtəlifliyin mövcud olduğu məkandır. Ədavət, münaqişə, toqquşma olan bir dünyada Azərbaycan ahəngdarlıq ölkəsidir və biz bunun şahidiyik.

Bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib.

Baş direktor deyib: “Müxtəlif ölkələrdə oluram, 2005-ci ildən etibarən bir çox ölkələrə səfər etmişəm və görürəm ki, Azərbaycan müasir, demokratiya, inkişaf, mədəniyyətlərarası dialoq və sülh ölkəsidir. Bir sözlə, cənab Prezident, göstərdiyiniz bütün səylərə görə təşəkkür edirik ki, dünyanın müxtəlif insanlarını bir araya gətirmisiniz. Eyni zamanda, mən ISESCO adından mədəniyyətlərarası dialoqun möhkəmlənməsi istiqamətində aparılan işə görə də təşəkkürümü bildirirəm”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Əbdüləziz bin Osman əl-Tuveycri deyib ki, 20 ildən artıqdır Dağlıq Qarabağ və yeddi rayon işğal altındadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulub. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, digər beynəlxalq təşkilatlar qərarlar qəbul edib. Amma problem yenə də qalmaqdadır. Dünyanın digər yerlərində - Suriyada, Misirdə, Somalidə, Əfqanıstanda, İraqda insanlar müharibələrdən, münaqişələrdən, terrordan əziyyət çəkirlər. Mədəniyyət abidələri məhv edilir. Dünyadakı böyük güclər buna görə məsuliyyət daşıyır və onlar özləri bu müharibələri dayandıra bilmirlər. Bizə istəyirik ki, Təhlükəsizlik Şurası öz işini lazımi səviyyədə görsün. Mən bunu uca səslə bəyan etməliyəm, vaxt artıq yetişib. Biz gözləmə mövqeyində olmalı deyilik, biz tədbirlər görməliyik.