YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq

Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq.

Bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev qeyd edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə kifayət qədər gücü var: "Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etməyə hər an hazırdır. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Əgər Ermənistan bu prosesdən yayınsa, biz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Ali Baş komandan cənab İlham Əliyevin dediyi kimi, Ermənistan sülh prosesindən yayınsa, daşı daş üstdə qalmayacaq. Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq".

DİGƏR Xəbərlər Arxiv