YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq

«AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur.  Çünki, biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. AŞPA-nın Türkiyə iləbağlı son qərarı da növbəti  ədalətsiz yanaşmadır». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, əgər faktlara əsaslanılsa, o zaman  AŞPA-nın Türkiyə ilə bağlı qərarının nə qədər ədalətsiz prinsiplərə uyğun yanaşma olduğunu görmək mümkündür:  “ İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendum seçkiləri ilə bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda  çıxışları üçün lazımi şərait yaradılıb. Hətta Türkiyəmüxalifətinin özü belə, referendumun  fövqəladə vəziyyət  şəraitində keçirilməsinə etiraz etmədi. Avropa Roma Papasından daha artıq xristian olub və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Nədənsə seçkilərdə 70-60 faiz səs toplayanda  deyirlər ki, bu göstərici çoxdur, seçkilər anti-demokratik keçirilib və ya  saxtalaşdırılıb.  Az səs toplananda deyirlər ki niyə azdır? Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir? Əksinə Türkiyədə səsvermə üçün tam demokratik şərait yaradılmışdı». 

Millət vəkili qeyd edib ki, Türkiyə hər zaman terrorizmlə mübarizə aparır. Avropada bir terror hadisəsinin baş verdiyi  zaman reaksiyanın çox güclü olduğunu deyən S.Novruzov belə reaksiyanın Türkiyədə törədilən terror hadisələri zamanı verilmədiyini bildirib. Onun fikrincə, bütün bunlar ikili standartların təzahürüdür.