YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

Aprelin 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Çexiya biznes forumu işinə başlamışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahələrində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edir.

Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, indiyədək iki dövlət arasında 20-dən çox sənədin imzalandığını, ölkələrimiz arasında hökumətlərarası komissiyanın, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyini demişdir.