YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Sahibkarlar təşviq mexanizminin üstünlüklərindən bəhrələnərək müxtəlif sahələrə investisiyalar yönəltməyə böyük maraq göstərirlər

«Azərbaycan investisiya qoyuluşu baxımından cəlbedici ölkədir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, yeni şəraitdə qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artması mühüm amildir. Onun sözlərinə görə, respublikamızda mövcud olan davamlı sabitlik, məqsədyönlü siyasət sayəsində kifayət qədər əlverişli investisiya mühiti formalaşıb.

«Bu amil iqtisadi aktivlik baxımından böyük əhəmiyyət daşıyır. Yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. İnvestisiyaların təşviqi mexanizminin işə salınması ölkəmizin sərmayə cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Sahibkarlar təşviq mexanizminin üstünlüklərindən bəhrələnərək müxtəlif sahələrə investisiyalar yönəltməyə böyük maraq göstərirlər»- deyə, T.Rzayev vurğulayıb.