YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan öz iqtisadi siyasətini yeni çağırışlara uyğun qurub

«Azərbaycan öz iqtisadi siyasətini yeni şəraitdə meydana çıxan çağırışlara uyğun qurub». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, hazırda qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalar fonunda milli dövlətlərin ərzaq və digər istehlak mallarına tələbatının təmin edilməsi böyük aktuallıq daşıyır. Onun sözlərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), digər beynəlxalq qurumların hesabatlarında dünya üzrə ərzağa tələbatın getdikcə artdığı bildirilir.

«Bu kontekstdə hər dövlət özünün daxili tələbatının ilk növbədə yerli istehsal hesabına təmin edilməsi qayğısına qalmalıdır. Meydana çıxan digər mühüm çağırış isə ixrac potensialının artırılması ilə bağlıdır. Son illərdə Azərbaycan da daxil olmaqla iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələrin gəlirləri müəyyən qədər azalıb. Belə şəraitdə neft daxilolmalarının azalmasını qeyri-neft iqtisadiyyatı üzrə ixracın artırılmasından qazanılan gəlirlər hesabına kompensasiya etmək mümkündür. Ölkəmiz yeni şəraitdə həyata keçirdiyi iqtisadi siyasətdə bəhs olunan bu iki çağırışı əlaqələndirərək həm daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmağa, həm də qeyri-neft sektorunda yeni ixrac potensialı yaratmaq yönündə uğurlu addımlar atır. Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində xüsusi olaraq vurğulayıb ki, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Təbii ki, ölkəmiz bu yolla gedir və qarşıya qoyduğu hədəflərə nail olacaq»- deyə, İ.Məmmədov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv