YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində 4 min tələbə könüllü kimi iştirak edəcək

«Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yalnız açılış və bağlanış mərasimlərində ali və orta ixtisas təhsili müəssisələrinin 4 min tələbəsi könüllü kimi iştirak edəcək».Bunu təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

F.Qurbanov qeyd edib ki, hazırda həmin tələbələr üçün təlimlər keçirilir: «İnanırıq ki, tələbə könüllülər bu oyunlarda da özlərini layiqli səviyyədə təmsil edəcəklər. Təhsil Nazirliyi könüllülərin təşkilatlanmasını həyata keçirib. Bununla bağlı tələbə könüllülərinin 2 forumu keçirilib, tələbə könüllülər təşkilatı yaradılıb. Onun vasitəsilə mötəbər yarışlarda, onların açılış və bağlanış mərasimlərində, müvafiq köməkçi sahələrdə ali və orta ixtisas məktəblərinin tələblərindən seçilmiş könüllülər aktiv iştirak edirlər».