YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə görmə qabiliyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub

Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə 3 saylı şəhər poliklinikasında  görmə qabiliyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub.

Aksiya çərçivəsində gözdən əlil insanlar  elektrokardioqrafiya, ultrasəs, flyuoroqrafiya müayinəsindən keçirilib, həmçinin, laboratoriya analizləri aparılıb. Bununla yanaşı, aksiyada iştirak edənlər terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, lor, kardio-revmatoloq, pediatr, cərrah profilli həkimlərin qəbulunda olub, müayinə edilib və müvafiq müalicə tədbirləri üçün istiqamətlər verilib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev belə bir tədbirin akademik Zərifə xanım Əliyevanın doğum günündə təşkil olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, YAP hər zaman bu tipli tədbirlər keçirməklə köməyə ehtiyacı olan insanlara qayğı göstərir: «Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Dövlətimiz xüsusilə sosial müdafiəyə ehtiyacı olan insanlara qayğını diqqət mərkəzində saxlayır. Bu baxımdan, YAP-ın mütəmadi olaraq belə təşəbbüslərlə çıxış etməsi təqdirəlayiq haldır. Şübhəsiz ki, belə tədbirlər gələcəkdə də davmm etdiriləcək».

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, akademik Zərifə xanım Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşlarında silinməz xatirələrlə yaşayır. Onun sözlərinə görə, Zərifə xanım Əliyeva xeyrxah və nəcib bir insan kimi ölkəmizin hər bir bölgəsində insanlar arasında olub. İnsanlara kömək və yardım etməyi özünün həyat amalı hesab edib: «Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmışq traxoma və bir sıra göz xəstəliklərindən əziyyət çəkən insanlar tam müalicə olunaraq demək olar ki, ölkəmizdə tam aradan qaldırılıb. Zərifə xanımın əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur. YAP və strukturları da hər il xalqımızın ləyaqətli və fədakar qızı Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş islsilə tədbirlər keçirir. Bu mənada hazırki tədbir də böyük əhəmiyyət kəsb edir».

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Kamaləddin Qafarov, İlham Məmmədov və Şahin İsmayılov belə bir aksiyanın önəmini vurğulayıblar.

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Kərimov və müayinədə iştirak edən gözdən əlil insanlar göstərilən bu qayğıya görə YAP rəhbərliyinə minnətdarlıq ediblər.

Qeyd edək ki, 28-29 aprel tarixlərində keçirilən aksiya çərçivəsində 200-ə yaxın görmə qabiliyyətini tam itirmiş insan tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.