YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İmişli rayon təşkilatının X konfransı keçirilib

Aprelin 26-da Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının X konfransı keçirilib. 

Tədbir iştirakçıları öncə İmişli rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər qonaqlar iştirak ediblər.

YAP İmişli rayon təşkilatının sədri Səfa Agayev hesabat məruzəsi ilə çıxış edərək partiyanın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib.

Qeyd edib ki, rayon təşkilatı öz sıralarını daim genişləndirir. YAP İmişli rayon təşkilatı 89 ərazi ilk partiya təşkilatını özündə birləşdirir və üzvlərinin sayı 8500 nəfərdən çoxdur. Hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sıralarına 1562 nəfər üzv qəbul olunub.

Konfransda məruzə ətrafında çıxış edənlər bildirliblər ki, YAP bundan sonrada olkəmizn sosial iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun daha da artması istiqamətində fəaliyyətini davam etdirəcək. YAP İmişli rayon təşkilatı Ulu Öndərin zəngin idaeyalarını daim rəhbər tutaraq bundan sonra da üzərlərinə düşən işin öhdəsindən şərəflə gələcək, ölkəmizin xoş sabahı, xalqımızın firəvan həyatı naminə bütün səy və bacarıqlarını əsirgəməyəcək.

Çıxış edənlər YAP İmişli rayon təşkilatının X konfransına qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.  

Konfransda təşkilati məsələlərə baxılıb. Səfa Ağayev yenidən YAP İmişli rayon Təşkilatının sədri seçilib.

Konfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış ediblər.