YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Dərman vasitələrinin ölkəmizdə istehsalı çox təqdirəlayiq haldır

«Ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişafı ilə bağlı geniş islahatlar paketi hazırlanıb». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bu islahatlar paketi mərhələlərlə həyata keçirilir. Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, vaxtı keçmiş dərmanların ölkəyə idxalının qarşısının alınması istiqamətində müvafiq işlər görülür.

«Dövlət başçısının tapşırığına  əsasən ölkədə əczaçılıq fabriklərinin tikintisinə başlanılıb. Dərman vasitələrinin ölkəmizdə istehsalı çox təqdirəlayiq haldır. Ölkəmizin bunun üçün geniş imkanları var»- deyə, komitə sədri vurğulayıb.