YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib

Aprelin 17 -də Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirilib.

Tədbir iştirakçıları öncə rayon təşkilatının qərargahının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyublar.

 Konfransda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, 1993-cü il aprel ayında 30 nfərlə ilk təsis konfransını keçirən YAP Sabunçu rayon təşkilatı bu gün 123 ərazi üzrə ilk partiya təşkilatında 9707 nəfər YAP üzvünü birləşdirir: “Ötən müddət ərzində YAP Sabunçu rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. Bu gün YAP Sabunçu rayon təşkilatının 123 ərazi ilk partiya təşkilatında 9707 nəfər pavrtiya üzvündən 5361 nəfəri, yəni 55 faizi qadınlar, 3651 nəfəri, yəni 37 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAPSabunçu rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir".

Konfrasda rayon təşkilatı nəzarət təftiş qrupunun sədri İlqar Süleymanov, rayon təşkilatının Qadınlar Şurasının sədri Ramidə İbrahimova, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev çıxış edərək görülən işlərdən danışıblar.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev konfransda çıxış edərək YAP-ın yaranma tarixndən, partiyanın əldə etdiyi nailiyyətlədən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.

Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək YAP-ın əldə etdiyi böyük nailiyyətlərdən ətraflı bəhs edib.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Dilarə Cəbrayılova Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb.

Konfransda təşkilatın hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının yeni tərkibdə  Şurası və İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Meriban Abasquliyeva yenidən YAP Sabunçu rayon təşkilatının sədri seçilib.