YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus paytaxtında MDB-nin iştirakçısı olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

Avqustun 12-də MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin Nizamnamə və digər orqanların yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək.

İclasda MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.

Daimi səlahiyyətli nümayəndələr MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının bu ilin oktyabrında Minskdə keçiriləcək növbəti iclaslarının gündəliklərinin layihələrini hazırlayacaqlar.

MDB-nin iştirakçısı olan ölkələrin dövlət başçılarının 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümü ilə bağlı Birlik ölkələrinin xalqlarına və dünya birliyinə Müraciətinin layihəsi hər iki gündəlikdə duran birinci məsələdir.

Gündəliklərin layihələrinə qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinə dair məsələlər daxildir. Məsələn, humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planı layihəsini, habelə mədəniyyət və turizm sahəsində əməkdaşlığı müəyyənləşdirən ayrı-ayrı sənədləri yaxın iki ildə baxılması üçün Birliyin ali orqanlarına təqdim etmək nəzərdə tutulur.

Məsələlərin böyük hissəsi təhlükəsizliyin təmin olunması sahəsinə aiddir və Birliyin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə aparılması, fövqəladə halların aradan qaldırılması, birgə əməliyyat qruplarının və maliyyə kəşfiyyatı bölmələrinin fəaliyyəti sahələrini əhatə edir.

Birliyin iştirakçısı olan ölkələrin müxtəlif profilli bir sıra ali təhsil müəssisələrinə baza təşkilatları statusunun verilməsi, habelə qurumun hüquqi aktlarının və digər sənədlərinin Vahid reyestri çərçivəsində Birliyin müqavilə-hüquq bazasının inventarlaşdırılması məsələlərini müzakirə etmək nəzərdə tutulur.

Bundan əlavə, Dövlət Başçıları Şurasının iclasında narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin saxlanılması və möhkəmləndirilməsi haqqında Bəyanat qəbul etmək, Birliyin iştirakçısı olan dövlətlərin regionlararası əməkdaşlığının inkişafında qurum ölkələrinin Parlamentlərarası Assambleyasının rolunu müzakirə etmək planlaşdırılır.

Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə MDB Hökumət Başçıları Şurasının noyabr ayında Aşqabadda nəzərdə tutulan gündəliyinin layihəsinə təkliflər təqdim olunacaq. Həmin təkliflər əlaqədar nazirlik və idarələr tərəfindən işlənilməsi üçün MDB ölkələrinə göndəriləcəkdir.