YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Yeni qanun ölkəmizdə turizmin inkişafına böyük təkan verəcək

«Ölkəmizdə əmək tutumlu iş yerlərinin yaradılması aktual məsələlərdəndir. Bu məsələnin həllində turizmin inkişafı vacib amillərdən biridir». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizdə turizm sektoru dinamik inkişaf edir. Onun sözlərinə görə, dövlətimizin başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar, qəbul edilən proqramlar, turistlərin ölkəyə rahat şəkildə daxil olması üçün “ASAN” elektron viza sisteminin tətbiqi, turizm və istirahət sahəsindəki böyük potensial qanunvericilik bazasının möhkəmləndirilməsini də tələb edir.

«Bu məqsədlə «Turizm haqqında» yeni qanun layihəsi hazırlanıb. Yeni hazırlanan sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası öz əksini tapıb. Bu qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarətini, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm sahəsində investisiya qoyuluşu və turizm sahəsinin digər üsullarla stimullaşdırılması, sığorta, elm, təhsil və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyir. Artıq sənəd komitəmizdə müzakirə olunub. Millət vəkillərinin qanunu dəstəkləyəcəyinə inanırıq. Hesab edirəm ki, qanun ölkəmizdə turizmin inkişafına böyük təkan verəcək»- deyə, komitə sədri vurğulayıb.