YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: Yeni Azərbaycan Partiyasının ənənəvi olaraq yaşıllaşdırma aksiyaları keçirməsi çox təqditrəlayiqdir

«Yeni Azərbaycan Partiyasının ənənəvi olaraq yaşıllaşdırma aksiyaları keçirməsi çox təqditrəlayiqdir». Bu fikri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev bildirib ki, bu aksiyalar bütövlükdə ölkə miqyasında həyata keçirilən ekoloji siyasətə böyük töhfədir. Onun sözlərinə görə, hazırda Azərbaycanda mühüm ekoloji siyasət həyata keçirilməkdədir.

«Hazırda ölkəmizdə ətraf mühitin qorunması, ekologiyanın yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bbu yöndə işlər uğurla davam edir. Hazırda bütün ölkədə, o cümlədən, Bakı şəhəri üzrə yaşıllaşdırma işləri böyük vüsət alıb. Bu prosesdə YAP-ın fəal iştirakı yüksək dəyərə malikdir və ümumi işimizi irəli aparan bir faktordur. Bu baxımdan aprelin 8-də YAP-ın təşəbbüsü ilə reallaşan ağacəkmə aksiyası yüksək qiymətləndirilməlidir” - deyə, nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv