YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Astara mərhələsi başa çatıb

Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başa çatıb.

Astaranın “Xəzərdən başlayan su səyahəti”nə daxil edilməsi heç də təsadüfi deyil. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın cənub qapısı” adlandırdığı Astara rayonu Lənkəran ovalığında yerləşir. Təbiət Astaradan öz gözəlliyini, nemətlərini əsirgəməyib, bərəkət boğça sını bütünlüklə onun üzünə açıb.

Xəzər dənizinə açılan rayonun şərq hissəsində qara qumlu çimərliklər, qərbində yerləşən meşələr, bulaqlar və nəhayət onun subtropik iqlimi Astaranı bütün il boyu cəlbedici istirahət məkanına çevirib.

Astaranın Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşən "Yanar bulaq" qeyri-adiliyi ilə diqqəti cəlb edir.

“Yanar bulaq” iki elementi - od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda sudan ayrılan qaz məşəl kimi alovlanır. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyəti var və buna görə uzaq yerlərdən insanlar bu suyu içməyə gəlirlər.

Astara rayonunun turizm marşrutuna daxil edilən və yerli əhəmiyyətli tarixi abidə kimi qorunan "Yanar bulağ"a təkcə yerli əhali deyil, xarici qonaqlar və turistlər də böyük maraq göstərirlər.

Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahətinə Astarada “Yanar bulaq”dan start verilib.

Sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev “Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış “Bakı-2017”nin gözəl qablarını su ilə doldurub Astara şəhərindəki park-bulvar kompleksində keçiriləcək “su festivalı”na yola düşüblər.