YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Zabelin: Biz icma olaraq artıq müraciət hazırlayıb Rusiya tərəfində göndərmişik və inanırıq ki, müraciətimiz nəzərə alınacaq

“Ümumrusiya Azərbaycan Konqresinin ləğv olunması ilə bağlı məsələ  bizim üçün yaxşı olmayan haldır”. Bu fikri Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının rəhbəri  Mixail Zabelin parlamentin bu gün keçirilən iclasında deyib.

 Azərbaycanda rus icmasının olduqca normal və fəal fəaliyyət göstərdiyini deyən M. Zabelin bu məsələnin ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresi daim fəal, qanunauyğun şəkildə fəaliyyət göstərib.

«Son həftə ərzində Dumanın deputatları ilə bu məsələ ilə bağlı sıx əlaqə saxlayıram. Bu məsələ bizi ciddi narahat edir. Əminəm ki, Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciətin nəticəsi Azərbaycan xalqının tərəfində olacaq və azərbaycanlıların qələbəsi ilə bitəcək. Biz icma olaraq  artıq müraciət hazırlayıb Rusiya tərəfində göndərmişik və inanırıq ki, müraciətimiz nəzərə alınacaq»- deyə, M.Zabelin vurğulayıb.