YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Pranap Mukherci: Hindistanın Azərbaycanla çoxşaxəli əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək

Hindistanın Prezidenti Pranap Mukherci Azərbaycan Prezidenti İlham Əliyevə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Ötən 25 il ərzində ikitərəfli səmimi münasibətlərimizin yaxşı inkişaf etməsindən şad olduğunu bildirən Hindistan Prezidenti vurğulayır ki, bütün sahələrdə genişlənən bu münasibətlərimiz və siyasi, iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız, habelə insanlar arasında fikir mübadiləsi qarşılıqlı faydalı olub və hər iki regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli töhfə verib.

“Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram”, - deyən Prezident Pranap Mukherci dövlətimizin başçısına möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıb.