YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın gəncləri «Qələbə yürüşü» keçiriblər

Aprelin 6-da Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı  və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Orudusunun qələbəsinin ildönümü münasibətilə «Qələbə yürüşü» keçirilib.

Minlərlə gəncin iştirak etdiyi «Qələbə yürüşü» Dənizkarı Milli Parkdakı «Saat qülləsi»nin yanından başlayıb. Gənclər yürüş boyunca «Şəhidlər ölməz, Vətən bölünməz!», «Qarabağ bizimdir, bizim olacaq!», «Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırıq!» və digər vətənpərvər ruhlu şüarlar səsləndiriblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, gənclərin bu yürüşdə fəal iştirakı ölkəmizdə yüksək vətənpərvərlik ruhuna sahib olan gənc nəslin formalaşdığının göstəricisidir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə qeyd edib ki, gənclərimiz bu yürüşü keçirməklə dövlətçiliyimizə sadiq olduğunu, ölkə Prezidentinin ətrafında sıx birləşdiyini əyani şəkildə göstərirlər: «Bu yürüşdə təxminən 6-7 min nəfər gənc iştirak edir. gənclərimizin belə yüksək fəallığı bizi çox sevindirir. Bu o deməkdir ki, Azərbaycan gəncləri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Biz aprel döyüşlərində ordumuzun gücünü gördük. Düşmənlərimiz də bu gücü gördü və qorxuya düşüblər. Əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsələr, bir daha orudumuzun gücü ilə qarşılacaqlar».

Qeyd edək ki, «Qələbə yürüşü» Dövlət Bayraq Meydanında dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.