YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinın üzvləri Türkiyəyə rəsmi səfər ediblər

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar  Ədalət və İnkişaf Partiyasının təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti  bu ölkəyə rəsmi səfərə dəvət edilib.

“Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində avqust ayının 06-11-də  həyata keçiriləcək səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinın sədri Seymur Orucov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov təmsil olunacaqlar.

Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.