YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan dinamik inkişaf edən ölkədir

«Azərbaycan dinamik inkişaf edən ölkədir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesabatları göstərir ki, dünyada yaşanan iqtisadi böhran Azərbaycana çox az təsir göstərib». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, müəyyən müddət ərzində Azərbaycanın iqtisadiyyatı üçün fundamental əsaslar yaranıb. Onun sözlərinə görə, bu gün isə Azərbaycan müstəqil iqtisadi siyasət yürüdərək borc alan ölkədən borc verən ölkəyə çevrilib.

«Ölkəmiz müstəqillik iqtisadi siyasət aparır, nəqliyyat sektoru vasitəsilə xarici ölkələrlə əlaqələr saxlaya bilir. Azərbaycan kapital tutumlu neft sektorunu inkişaf etdirməklə öz iqtisadiyyatını formalaşdırdı. Ölkəmiz neft sektorunun hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirdi, qeyri-neft sektorunun inkişafı üçün imkanlar qazandı. Düşünürəm ki, bu sahədə Azərbaycanın böyük uğurları var. Yeni iş yerlərinin açılması, orta aylıq əməkhaqqının artırılması Azərbaycanın imicinə böyük təsir edir»- deyə, komitə sədri vurğulayıb.