YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: Səfərimizin uğurlu keçəcəyinə ümidvarıq

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində bir sıra tədbirlərin – Dövlət Komissiyasının 9-cu iclasının, Azərbaycan-İran biznes forumunun və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

İran nümayəndə heyətinin rəhbəri Mahmud Vaezi KİV-ə müsahibəsində Azərbaycana böyük həvəslə gəldiklərini, görüşlərinin məhsuldar olacağını bildirərək dedi: “Bu səfərə çoxdan hazırlaşırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfərində qərara alınmışdı ki, İran-Azərbaycan Dövlət Komissiyanın iclası Bakıda keçirilsin, ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılsın, müvafiq qərarlar qəbul olunsun. Bu səbəbdən də biz İran İslam Respublikasının bütün nazirliklərinin səlahiyyətli nümayəndələrinin, özəl qurumların təmsilçilərinin, müxtəlif vilayətlərdən olan iş adamlarının müşayiəti ilə Azərbaycandayıq. Burada zəngin proqramla çalışacağıq. Səfərimizin uğurlu keçəcəyinə ümidvarıq”.

Nazir sonda qeyd etdi ki, səfər çərçivəsində nümayəndə heyətini ticarət, enerji, neft, qaz, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində maraqlı müzakirələr gözləyir.