YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Dağlıq Qarabağ problemini uzatmaqla Ermənistan özünü daha böyük uçuruma aparır

«Ermənistan həmişə olduğu kimi, öz xain xislətini göstərməklə münaqişənin həlli ilə bağlı danışıqları pozmağa çalışır. Düşmən tərəf bu təxribatları törətməklə özünü daha da çətin vəziyyətə saldı». Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ermənistan cəbhədə təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa cəhd edir. Onun sözlərinə görə, görünür, Ermənistan təxribatlar zamanı xeyli sayda itki verdiyinə görə bu məsələni ortalığa çıxara bilmir.

«Ona görə ki, hazırda Ermənistanda insanlar ayağa qalxıb, Serj Sarkisyana qarşı mitinqlər keçirirlər. Bu baxımdan, etirazların qarşısını almaq üçün, qorxularından itkilərin sayını gizlədirlər. Digər bir tərəfdən, Dağlıq Qarabağ problemini uzatmaqla Ermənistan özünü daha böyük uçuruma aparır. Dağlıq Qarabağ problemi həll olunmayana kimi, Ermənistan əhalisi Azərbaycandan da çox zərər görəcək, bu günkü kimi ac-yalavac, dilənçi vəziyyətində yaşayacaqlar. Dünyaya məlumdur ki, Ermənistanda ölkə iqtisadiyyatı böhran vəziyyətindədir, hər il çoxlu sayda erməni ölkədən köçüb gedir. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarmasa, inkişaf edə bilməyəcək»- deyə, E.İbrahimov vurğulayıb.