YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir mətbuatında Azərbaycan səfirliyinin cəbhədəki son vəziyyətlə bağlı açıqlaması dərc edilib

2014-cü ilin 31 iyul-1 avqust tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş vəziyyətlə bağlı Azərbaycan Respublikasının Misirdəki səfirliyinin Azərbaycanın Müdafiə Nazirliyinə istinadən yaydığı bəyanat Misirin bir çox internet saytlarında dərc olunub.

Səfirlikdən verilən məlumata görə, bəyanatda Ermənistan silahlı birləşmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq,

Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstərdikləri bildirilib və baş verən qarşıdurmalarda Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olduğu qeyd olunub. Həmçinin bəyanatda iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçmək istədikləri və Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərə yaxınlaşmasının qabaqcadan aşkar edilərək, təxribatın qarşısının alındığı deyilir.

Ermənistan tərəfindən atəşkəsin pozulmasına Azərbaycan silahlı qüvvələrinin verdiyi cavab atəşi nəticəsində erməni hərbi bölmələrinin xeyli itki verərək geri çəkilməyə məcbur edilmələri barədə məlumatlar da bəyanatda öz əksini tapıb.

Bəyanat aparıcı Yaxın Şərq Xəbərlər Agentliyində və populyar internet saytlarda dərc edilib.