YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində Portuqaliyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Mariya Lopes Kardoso ilə görüş keçirilib

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva martın 6-da Portuqaliyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Mariya Lopes Kardosonu partiyanın mənzil qərargahında qəbul edib. 

Görüşdə Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.