YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının yeni seçilmiş Prezidenti Coko Vidodoya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının yeni seçilmiş Prezidenti Coko Vidodoya təbrik ünvanladı.

Təbrikdə deyilir: “İndoneziya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”