YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi Avropa Demokrat Gənclər İcmasına üzv seçilib

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyi sədrinin müavini Ramin Mammadov iyulun 31-dən avqustun 1-dək Serbiya və Bosniya və Hersoqovinada səfərdə olub. Həmin tarixlərdə Avropa Demokrat Gənclər İcmasının (DEMYC) təşkilatçılığı ilə İdarə Heyətinin iclası və beynəlxalq konfrans keçirilib.

Konfransda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Avropa Demokrat Gənclər İcmasının (DEMYC) təşkilatına üzv seçilib.

Eyni zamanda, sözügedən tədbirdə YAP Gənclər Birliyi sədrinin müavini Ramin Məmmadov Yeni Azərbaycan Partiyasının fəaliyyəti və Azərbaycanda aparılan gənclər siyasətinə dair geniş təqdimatla çıxış edib.