YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP gəncləri tərəfindən "Cocuq Mərcanlıdan Şuşaya" adlı gənclərin inşaat dəstəsi yaradılıb

Bu gün Yeni Azərbaycan Partiyası  Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən yaradılmış "Cocuq Mərcanlıdan Şuşaya" gənclərin inşaat dəstəsinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun uğurları gənclərdə böyük ruh yüksəkliyi yaradıb. S.Orucov bu layihə haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, belə bir inşaat dəstəsi gənclərin çoxsaylı müraciətləri nəticəsində yaradılıb. YAP Gənclər Birliyinin sədri inşaat dəstələrinin ilk olaraq mart ayında Cocuq Mərcanlıya səfərinin nəzərdə tutulduğunu vurğulayıb. Bu dəstələr quruculuq işlərinə öz dəstəklərini verəcəklər.    

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili  Məlahət İbrahimqızı deyib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhunda böyüyən gənc nəsil yetişib. Onun fikrincə, Ali Baş Komandanın əmri ilə bu gənclik torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə hazırdır.