YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir

«Azərbaycanda gənclərin inkişafı  üçün böyük imkanlar yaradılıb». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

F.Hacıyev bildirib ki, Gənclər Fondu gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirmək üçün şərait yaradır. Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

 «Dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib. Gənclər Fondu  daim yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verir. Təbii ki, bu amil ölkə gənclərinin bilik və bacarıqlarının, potensiallarının üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edir»- deyə, F.Hacıyev qeyd edib.