YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Bu gün Azərbaycanda vətənpərvər media formalaşıb

«Bu gün Azərbaycanda vətənpərvər media formalaşıb». Bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, məhz belə bir vətənpərvər medianın formalaşması nəticəsində mətbuat Azərbaycanın ümummilli problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında vahid mövqedən çıxış edir. Onun sözlərinə görə,  bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatımız bütün imkanlarından istifadə edir.

«Bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Azərbaycan mediası ilə dövlət qurumları  arasında müsbət  əməkdaşlıq mövcuddur. Bəzən hansısa məsələlərlə bağlı qeyri-obyektivliyə yol verilir. Kimsə tənqidin əleyhinə deyil, ancaq qərəz olmamalıdır. Sağlam tənqid, əksinə, parlamentin daha effektli fəaliyyətinə yardım edir. Yalnız birgə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində qarşımızda duran məqsədlərə və hədəflərə nail ola bilərik»- deyə, Ə.Amaşov qeyd edib.