YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının nümayəndələri erməni hərbi birləşmələrinin təxribatçı qrupunun hücumlarının dəf edilməsi zamanı şəhid olmuş hərbçilərin yas mərasimlərində iştırak ediblər

Bu gün Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının nümayəndələri erməni hərbi birləşmələrinin təxribatçı qrupunun hücumlarının dəf edilməsi zamanı şəhid olmuş hərbçilərin ailələrini ziyarət edib və onların yas mərasimində iştırak ediblər.

Belə ki, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü  Nurlana Əliyeva və YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova  Quba rayonundan hərbi xidmətə çağırılmış şəhid  Elnur İbrahimovun  və Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış şəhid Mustafa Əlicoşqunovun yas mərasimlərində iştirak edib.

Milli Məclisin deputatları-YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı və YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova isə Masallı rayonunda şəhid Əli Rəhimovun, Salyan rayonunda Səftər Məmmədovun və Biləsuvar rayonundan olan  şəhidin ailələrini ziyarət edib, onların    yas mərasimində iştirak ediblər.

YAP Qadınlar Şurasının nümayəndələri şəhidlərin valideynlərinə başsaglığı verib, onlara Allahdan səbr diləyiblər. YAP Qadınlar Şurasının nümayəndələri belə qəhrəman oğullar yetişdirdiklərinə görə valideynlərə təşəkkür ediblər. Qeyd olunub ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.