YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın nüfuzlu jurnalı Ermənistanı Xocalı soyqırımında ittiham etdi

Fransanın nüfuzlu “La Revue” nəşri Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş məqalə dərc edib.

Jurnalın mart-aprel ayları üçün çap olunan nömrəsində Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər əks etdirilib.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs olunur və vurğulanır ki, “Human Rights Watch” təşkilatı Xocalı faciəsini “regionun ən böyük qırğını” adlandırıb.

Ermənistan prezidenti Serj Sarkisyan daha əvvəl jurnalistlərə açıqlamasında Xocalı hadisələrinin erməni qoşunları tərəfindən törədildiyini etiraf etsə də, peşmançılıq hissindən uzaqdır. Bu şərtlərdə tərəflər arasında dialoq həqiqətən də çox çətindir.

DİGƏR Xəbərlər Arxiv