YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan gəncliyi Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır

«Azərbaycan gəncliyi Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycan gəncliyi heç vaxt Xocalı soyqırımını unutmayacaq. Onun sözlərinə görə, gənclərimiz keçirdikləri müxtəlif aksiyalar vasitəsilə bu qətliamın ermənilər tərəfindən azərbaycanlıları soyqırıma məruz qoymaq məqsədilə törədildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar.

«Bu istiqamətdə işlər ilboyu davam etdiriləcək. Biz çalışmalıyıq ki, bütün dünya Xocalı qətliamını soyqırımı kimi tanısın. Bu qətliamı törədən cinayətkarlar məhkəmə qarşısında cavab verməlidir»- deyə, S.Orucov qeyd edib.