YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni kəşfiyyat-təxribat qrupunun daha bir basqın cəhdinin qarşısı alınıb

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində basqının qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Erməni kəşfiyyat-təxribat qrupunun hücumunun qarşısı alınarkən Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - gizir Əliyev Pərvin Səlahəddin oğlu, kiçik gizirlər Hüseynov Rahil Əfsər oğlu və Əhmədov Elçin Rasim oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Hazırda cəbhənin həmin istiqamətində vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.