YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Yusif bin Həsən əl-Sai: Azərbaycan və Qətər arasında iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişlənməsindən hər iki tərəf xeyir görəcək

Qətər və Azərbaycan arasında strateji əməkdaşlığın yüksək səviyyəsinə nail olmaq üçün, kənd təsərrüfatı, turizm və tikinti sahəsində böyük potensial var. Bu barədə eksklüziv olaraq Trend-ə Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai deyib.

Səfir bildirib: "Azərbaycanla Qətər arasında ticari-iqtisadi əməkdaşlığın hazırki səviyyəsi mövcud normativ-hüquqi baza və böyük potensiala baxmayaraq, siyasi münasibətlərin yüksək səviyyəsinə uyğun deyil".

Diplomatın sözlərinə görə, birgə investisiya fondunun yaradılması iqtisadi, investisiya sahələrində inkişafa təkan verəcək.

Yusif bin Həsən əl-Sai bildirib: "Mən əminəm ki, yaxın vaxtlarda Azərbaycan və Qətər arasında iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin şahidi olacağıq ki, bundan hər iki tərəf xeyir görəcək".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanla Qətər arasında mal dövriyyəsi 2,9 dəfə azalaraq 170, 24 min dollar təşkil edib.