YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Dindən qaynaqlanan problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər

«Dindən qaynaqlanan problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır. Onun sözlərinə görə, adət-ənələrimizdə dindən gələn məsələlər müəyyən rol oynayır.

«Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslam dinində deyil. Səhv anlayışlar bizə səhv ad altında gətirilir. Bu təhlükəli amildir. Ona gbrə də, maaarifləndirmə işini xüsusi diqqət yetirilməlidir»- deyə, G.İsmayılov vurğulayıb.