YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə XİN: Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan “referendum”u tanımayacağıq

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan “referendum”la bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan “referendum” beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının, ATƏT prinsiplərinin açıq pozulması deməkdir.

Türkiyə XİN-in saytında yerləşdirilən açıqlamada deyilir: Bu və buna bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səylərə zərər verir. Ölkəmiz Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünün növbəti dəfə pozulması cəhdini qınayır. Türkiyə qeyri-qanuni hesab etdiyimiz bu “referendum”u və nəticələrini tanımayacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir. 2016-cı ilin aprelində Dağlıq Qarabağda qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasını labüd edir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli ilə bağlı səyləri dəstəkləməyə davam edəcək”.