YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatları Xocalı soyqırımı ilə bağlı Avstraliyada təşkil olunacaq tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin deputatları Xanlar Fətiyev və Asim Mollazadə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 18-də Avstraliyaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən  bildiriblər ki, Azərbaycanın Avstraliyadakı fəxri konsulunun təşəbbüsü ilə bu ölkənin Sidney, Melburn və Pert şəhərlərində keçiriləcək mərasimlərdə Xocalıda erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat veriləcək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi ehtiramla yad ediləcək. Eyni zamanda, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar, o cümlədən həyata keçirilən müxtəlif tanıtım layihələri barədə söhbət açılacaq. Toplantı iştirakçılarına Xocalı faciəsi barədə tarixi sənədlər, bu qətliamı əks etdirən fotolar təqdim olunacaq.

Səfər fevralın 28-də başa çatacaq.