YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir

«Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı Avropa İttifaqının rəhbər şəxsləri  ilə keçirilən görüşlər ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Aİ Şərq tərəfdaşlığına daxil olan ölkələrin biri ilə ikitərəfli münasibətlərə dair saziş üzərində danışıqlara başlayır. Bu, dövlətimizin nüfuzunun göstəricisidir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Aİ-nin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, bu mühüm qurum Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizini dəstəkləyir.

«Təbii ki, bütün bunlar ölkəmizin böyük uğurudur. Amma müəyyən dairələr Azərbaycanın uğurlarından çox  narahatdırlar və buna görə də Avropa Parlamentdə müəyyən təxribata əl atdılar. Fevralın 6-da onlar Azərbaycanla bağlı dinləmələr keçirmək istəyirdilər, amma bu təşəbbüs cəmi bir neçə deputatın təşəbbüsü idi. Burada məqsəd Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmaq və Avropa Parlamentinin yeni seçilmiş prezidentinin ölkəmizə qarşı fikirlər səsləndirməsinə nail olmaq idi. Amma bu dairələr öz məqsədlərinə nail ola bilmədilər»- deyə, komitə sədri vurğulayıb.