YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: 2016-cı ildə 270 ixrac və investisiya təşviqi həyata keçirilib

2016-cı ildə 270 ixrac və investisiya təşviqi həyata keçirilib.

Bu sözləri fevralın 14-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) "İxracatçılar Klubu"nun və Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşündə "Made in Azerbaijan"ın təqdimatı zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini bildirib ki, cari ildə də Azərbaycan iqtisadi sahələrdə ciddi irəliləyişlər əldə edəcək. Bəzi layihələrin başlaması, bəzilərinin yekunlaşması, yeni investisiyaların cəlbi və sair iqtisadiyyatın inkişafına daha böyük təkan olacaq.

Sahil Babayevin sözlərinə görə, son 3 ayda 600 min manata yaxın məbləğ ixracın təşviqindən əldə edilib və bu məbləğin 60-70 faizi şərab ixracatçılarına ödənilib.