YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan olunması dünyaya mühüm bir çağırışdır

«Dünyada “sivilizasiyaların toqquşması” prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda ölkəmiz sabit və tolerant mühiti ilə diqqət çəkir. Belə bir şəraitdə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması olduqca qanunauyğun haldır. Başqa sözlə, Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan olunması dünyaya mühüm bir çağırışdır». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Azərbaycan xalqı multikultural və zəngin mədəni dəyərlərə sahib olmaqla yanaşı, ölkəmiz İslam dünyasında – müsəlman coğrafiyasında nüfuzlu dövlət kimi tanınır, müsəlman həmrəyliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına uyğun davam və inkişaf etdirilən siyasət məhz inkişafa – tərəqqiyə, sabitliyə və həmrəyliyə xidmət edir. Bu, təkcə ölkədaxili ilə məhdudlaşmır, eyni zamanda, regionu və bütöv bir islam coğrafiyasını əhatə edir. Bu mənada, Azərbaycan İslam məkanında sabitlik və həmrəyliyə böyük önəm verir.

«Bu gün İslam dünyasında sabitliyə, tərəqqiyə, həmrəyliyə böyük ehtiyac var. Sivilizasiyaların toqquşmasının müşahidə edildiyi indiki şəraitdə müsəlman ölkələrində sabitliyin pozulmasında maraqlı olan bir sıra dairələr İslam ölkələrinə qarşı total hücum təşkil edirlər, müəyyən neqativ halların ortaya çıxmasına səbəb olurlar. Bütövlükdə reallıq budur ki, dünyanin bor çox məkanlarında sabitliyin pozulmasına, qeyri-humanist mənzərənin ortaya çıxmasına səbəb olanlar müsəlman ölkələri deyil.  Əksinə, bir sıra qüvvələr İslam coğrafiyasında sabitliyin pozulması, inkişafın əldə edilməməsi tərəfdarı kimi çıxış edirlər. Belə olan halda, müsəlman ölkələri həmrəylik amilinə böyük diqqət göstərməlidirlər. Bu mənada, Azərbaycanın tərəqqipərvər və humanizmə, həmrəyliyə söykənən mövqeyi olduqca təqdirəlayiqdir»- deyə, N.Əliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv