YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir

“Azərbaycan qloballaşan dünyanın bir hissəsidir və dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir”.

Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanın BMT-nin 2016-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmasının çox ciddi səbəbləri var. Baş nazirin müavini bildirib ki, dünya sürətlə dəyişir və bu baxımdan Azərbaycanın bu proqrama qoşulması tamamilə təbiidir: “Güman edirəm ki, 2030-cu ilə qədər bu layihədə iştirak edərək hesabatlar hazırlayacağıq. Bu istiqamətdə bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, vəzifələrimizin öhdəsindən layiqincə və vaxtında gələcəyik. 2017-ci ilin may ayında biz ilk könüllü hesabatı təqdim etməliyik. Ona görə də könüllü hesabatın hazırlanması istiqamətində işləri sürətləndirməliyik. Bu bizim BMT qarsınıda layihə ilə bağlı verəcəyimiz ilk hesabat olacaq”.

Əli Əhmədov bildirib ki, BMT tərəfindən Azərbaycanda bu proqramla bağlı görülən işlər yüksək qiymətləndirilib.