YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizdə iqtisadi inkişaf böyük vüsət alıb

«Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Bu inkişaf iqtisadiyyatda da böyük vüsət alıb». Bu fikirləri YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət 2014-cü ilin birinci yarısında dinamik inkişafın davam etməsinə səbəb olub. Onun sözlərinə görə, bu ilin ötən 6 ayında ümumi daxili məhsulun  artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz olub.

«Qeyri-neft sektorunun ÜDM-də payı 56,3 faizə çatıb. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Ümumilikdə isə, 2014-cü ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib»- deyə, komissiya sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv