YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçən ay Ceyhan limanından 2 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) istismara verilən gündən 2017-ci il fevral ayının 1-dək Ceyhan limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.