YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BP Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının tərəfdaşı oldu

BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Trend-in məlumatına görə, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək üzrə öhdəliyinin bir hissəsidir və şirkətin London-2012 Yay Olimpiya Oyunları və Bakı-2015 Avropa Oyunlarında uğurlu təcrübəsi və əməkdaşlığına əsaslanır.

BP 6 min gəncin cəlb olunacağı Bakı-2017 könüllülük proqramına da dəstək göstərir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.