YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmiz aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb

«Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Onun sözlərinə görə, bu islahatlar biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, daxili bazarın qorunması, investisiyaların təşviq edilməsi, ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin yaradılması və bu kimi digər vacib istiqamətləri əhatə edir.

«Yeni şəraitdə Azərbaycanın neftdənkənar iqtisadiyyat üzrə kənd təsərrüfatının və qeyri-neft sənayesinin üstün inkişafının təmin olunmasına güclü siyasi iradə nümayiş etdirilməsi ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük bir hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Məlumdur ki, hazırda dünyada ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar böyük aktuallıq kəsb edir. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb»- deyə, T.Rzayev qeyd edib.