YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzi "Arxitektura" nominasiyasında nüfuzlu "Designs of the Year-2014" mükafatının sahibi olub

Müasir dizayn və arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) illik "Designs of the Year-2014" mükafatının qaliblərini açıqlayıb.

 "Arxitektura" nominasiyasında qalib Bakıdakı Heydər Əliyev Mərkəzi olub.

Münsiflər heyəti Heydər Əliyev Mərkəzini belə qiymətləndirib: "Bu, gözəldir, ilhamvericidir. Bu, xüsusi dahiliyin aydın görüntüsüdür və biz düşünürük ki, bu, çox gözəl binadır". /Trend/

Muzey dizaynda yeni tendensiya və mövzuları daha yaxşı şəkildə nümayiş etdirən "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında yeddi qalib müəyyən edib.

Yeddi qalib "Design of the Year-2014"-ün əsas mükafatı uğrunda yarışacaq. Qalib iyunun 30-da Londonda "St Martins Lane" hotelində elan ediləcək.

1989-cu ildə Londonda yaradılmış Dizayn Muzeyi dünyada aparıcı muzeydir. Onun ekspozisiyaları arxitektura və dizayna həsr edilib. Muzey dizaynın bütün sahələrini, o cümlədən qrafika, dəb və digərlərini əhatə edir.

İllik "Designs of the Year" dizayn mükafatı "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında ən yaxşı innovasiya layihələrini də seçir.