YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın dahi oğlu Heydər Əliyev Moskvada mətbuat konfransı keçirərək bu ağır günlərdə xalqı ilə həmrəy olduğunu nümayiş etdirib

1990-cı il yanvarın 21-də xalqımızın dahi oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirərək sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınını pisləyən bəyanat verib. Sovet İttifaqının rəhbərliyində yüksək vəzifələrdən istefa verdikdən sonra təqiblərə məruz qalan və həmin dövrdə Moskvada xəstəxanada müalicə olunan Heydər Əliyev bu ağır günlərdə xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.