YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası bu ay Bakıda keçiriləcək

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək.

Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O qeyd edib ki, iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq. Eyni zamanda, konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq.

İclasda Xəzəryanı ölkələrin dövlət başçılarının bu il keçirilməsi nəzərdə tutulan sammitinə hazırlıq işlərinə dair məsələlər də müzakirə olunacaq.