YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AKP: Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər

Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər. Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Mehmet Əli Şahin "TRT Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə bunu dəfələrlə bəyan edib.

Mehmet Əli Şahin deyib: "Baş nazir Ərdoğan özünün bütün bəyanatlarında bildirib ki, yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra münasibətlərin normallaşması və Türkiyə-Ermənistan sərhədinin açılması barədə söhbət gedə bilər".