YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir

Qəbələdə mədəniyyətimizin və incəsənətimizin böyük hamisi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə daha bir beynəlxalq mədəniyyət layihəsi müvəffəqiyyətlə davam edir. Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı heç zaman yaddaşlardan silinməyəcək.

Bu sözləri Qəbələ VI Beynəlxalq Musiqi Festivalının konsertlərini ardıcıl izləyən, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov AzərTAc-a müsahibəsində deyib.

Milli Məclisin deputatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan və onun yaxından köməkliyi ilə ildən-ilə daha möhtəşəm xarakter alan bu musiqi bayramını musiqimizin, mədəniyyətimizin, incəsənətimizin inkişafına, beynəlxalq aləmdə tanıdılmasına verilən töhfə kimi dəyərləndirib.

Azərbaycanın birinci xanımının mədəniyyətimizin inkişafı və dünya miqyasında təbliği istiqamətində əvəzsiz işlər gördüyünü qeyd edən Fəttah Heydərov Qəbələ Beynəlxalq Musiqi Festivalının bu qədim şəhəri dünyanın musiqi paytaxtına çevirdiyini söyləyərək deyib: “Bu günlərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn qonaqlar da Qəbələdə musiqi festivalının keçirildiyini hiss edirlər. Bu festival həm də böyük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Bu festival Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunu bir daha təsdiqləyir. Hər il olduğu kimi, builki festival günlərində də Qəbələdən əlavə, Bakı, Gəncə, Oğuz, Ağdaş, İsmayıllı, Şəki, Göyçay, Mingəçevirdən müəllimlər, musiqiçilər, həkimlər, ziyalılar, gənclər konsertlərə gəlir və Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, dünya musiqi incilərini heyranlıqla dinləyirlər. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir”.

Artıq 6 ildir ardıcıl keçirilən Qəbələ festivalının Azərbaycanın hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də əksər dünya ölkələrinə nümunə ola biləcəyini söyləyən Fəttah Heydərov, ölkəmizin belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olduğunu vurğulayıb.